20 Aprel 2025
Trampın fərmanı ilə ABŞ-nin Ukraynaya yardımı dayandı

Trampın fərmanı ilə ABŞ-nin Ukraynaya yardımı dayandı

Trampın fərmanı ilə ABŞ-nin Ukraynaya yardımı dayandı

21 Yanvar 2025 08:00 | Baxış sayı: 461

ABŞ Prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılacağı barədə fərman imzalayıb.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.

“Tramp ABŞ-nin bütün xarici yardım proqramlarının öz siyasət məqsədlərinə uyğunluğunu müəyyən etmək üçün 90 gün müddətinə müvəqqəti dayandırmaq barədə sərəncam imzalayıb”, - məlumatda qeyd edilib.

Nəşrin məlumatına görə, fərmanın təsirinə məruz qalacaq yardımın dəqiq məbləği məlum deyil.

Sərəncamda bildirilir ki, xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil və eyni zamanda ölkələr arasında ahəngdar münasibətlərə zidd olan ideyaları təbliğ etməklə dünyada sabitliyi pozmağa kömək edir.