İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlTrampdan şok təklif: AB qoşunları Ukraynaya girsin
13 Dekabr 2024 07:58 | Baxış sayı: 387
ABŞ-ın yeni prezidenti Donald Tramp Ukraynada atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, dekabrın 7-də Parisdə Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşdə Tramp deyib ki, o, güclü, silahlı Ukraynanın yaradılmasını dəstəkləyir, lakin onun NATO-ya daxil olmasına qarşıdır.
Tramp hesab edir ki, Avropa Ukraynaya təhlükəsizliyin və dəstəyin təmin edilməsində aparıcı rolu öz üzərinə götürməlidir və ABŞ bu prosesi dəstəkləyə bilər, lakin öz qoşunlarını göndərməyi planlaşdırmır./Axar.az