20 Aprel 2025
Tramp xanımı ilə bağlı PAYLAŞIM ETDİ: “Sən...” - FOTO

Tramp xanımı ilə bağlı PAYLAŞIM ETDİ: “Sən...” - FOTO

Tramp xanımı ilə bağlı PAYLAŞIM ETDİ: “Sən...” - FOTO

23 Yanvar 2025 11:51 | Baxış sayı: 371

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp xanımı Melania Trampla evliliklərinin 20-ci ildönümü münasibətilə paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, o, instaqram hesabındakı paylaşımında həyat yoldaşını təbrik edib: “Gözəl həyat yoldaşım və inanılmaz birinci xanım Melania ilə 20 illiyimizi qeyd edirik. Sən möhtəşəm həyat yoldaşı və gözəl anasan. İldönümümüz mübarək!”

Qeyd edək ki, Donald Tramp sloveniyalı model Melania Knausla 1998-ci ildə Nyu-Yorkdakı moda nümayişində tanış olub. Cütlük 2005-ci ildə Floridada evlənib. Onların bu nikahdan Barron adlı 19 yaşlı oğlu var.

Xatırladaq ki, bir neçə gün öncə andiçmə mərasimi keçirilən Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.