Tramp Xameneyiyə məktub göndərdi – “Sizin üçün yaxşı olmayacaq”
07 Mart 2025 16:40 | Baxış sayı: 334
ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Əli Xameneyiyə məktub göndərib.
AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə “Fox Business Network” müsahibəsində məlumat verib.
Amerika lideri Tehranın nüvə silahı proqramına dair müqaviləni müzakirə etmək istədiyini, bu mövzuda danışıqlar aparacaqlarına ümid etdiyini söyləyib.
“İran danışıqlara getməsə, bu, onun üçün yaxşı olmayacaq. İranın nüvə silahı ola bilməz. Digər variantlar mövcuddur”, - ABŞ prezidenti qeyd edib.