20 Aprel 2025
Tramp miqrantların deportasiyasına başladı: Kolumbiya isə ölkəyə buraxmır

Tramp miqrantların deportasiyasına başladı: Kolumbiya isə ölkəyə buraxmır

Tramp miqrantların deportasiyasına başladı: Kolumbiya isə ölkəyə buraxmır

27 Yanvar 2025 03:34 | Baxış sayı: 400

Kolumbiya ABŞ-nin göyərtəsində təxminən 160 miqrantın olduğu iki hərbi təyyarəsini hava məkanına buraxmayıb.

AJMEDIA.INFO xəbər verir ki, bu barədə Reuters amerikalı məmura istinadən xəbər verir. Nəşr qeyd edir ki, Kolumbiya təyyarələr Kaliforniyadan havaya qalxarkən onların icazələrini ləğv edib.

Bundan əvvəl Kolumbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsində miqrantları daşıyan Amerika təyyarələrinin ölkəyə girişini qadağan etdiyini yazıb.

O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlara layiqli rəftar üçün “protokol yaratmağa” çağırıb.//musavat.com