İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlTramp məhkum olunsa belə, prezidentlik yarışında iştirakını davam etdirmək niyyətindədir
11 İyun 2023 09:39 | Baxış sayı: 586
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı təqsirli bilinsə belə, ölkədə ən yüksək dövlət postu uğrunda mübarizədə iştirakdan imtina etmək niyyətində deyil.
Bu barədə Tramp “Politico” qəzetinə müsahibəsində bildirib.
“Mən heç vaxt mübarizədən əl çəkməyəcəyəm. Baxın, getsəydim, 2016-cı ildə keçiriləcək ilk prezidentlik yarışından əvvəl çıxıb gedərdim. Bu çətin idi. Nəzəri cəhətdən bu, mümkün deyildi”, - Tramp əlavə edib.
Nəşrin yazdığına görə, respublikaçıya qarşı irəli sürülən ittihamlar onun yarışda iştirakını davam etdirməsini mümkünsüz etmir.