SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlTramp CNN və MSNBC-ni korrupsiya və qanunsuz fəaliyyətdə ittiham etdi
15 Mart 2025 13:41 | Baxış sayı: 490
“CNN və MSNBC Demokrat Partiyasının siyasi alətləridir”.
AJMEDIA.INFO xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı bildirib.
“İnanıram ki, mənim haqqımdakı mənfi xəbərlərin 97,6%-ni yazan CNN və MSNBC Demokratik Partiyanın siyasi qanadlarıdır. Mən nə qədər böyük qələbə qazansam da, rəqiblərim nə qədər böyük məğlubiyyətə uğrasalar da, bu insanlar həmişə mənə hücum edəcəklər”, - Tramp bildirib.
Tramp həmçinin onları korrupsiya və qeyri-qanuni fəaliyyətlə ittiham edib.
Digər tərəfdən, Amerika lideri medianı bir-biri ilə koordinasiyaya görə tənqid edərək, onların hakimlərə təsir etdiyini və qanunları dəyişdirdiyini deyib.
“Bu qanuni ola bilməz. Biz Amerikada qanunu, asayişi və ictimai təhlükəsizliyi bərpa edirik. Biz FTB-nin, Ədliyyə Nazirliyinin və bütün hökumətimizin ən yüksək səviyyələrinə şərəf, dürüstlük və cavabdehliyi qaytarırıq”, - o əlavə edib.//yeniavaz.com