Bu ailələrə 300 manatdan çox müavinət veriləcək
43 dəqiqə əvvəlTramp BRICS-ə müharibə elan etdi
21 Yanvar 2025 21:09 | Baxış sayı: 441
ABŞ prezidenti Donald Tramp BRICS ölkələrinə ən azı 100 faizlik ticarət tarifləri tətbiq etməklə hədələyib.
AJMEDİA.İNFO xəbər verir ki, Tramp Ağ Evdə bir sıra fərmanlar imzalayarkən müvafiq bəyanatla çıxış edib.
“Biz onların ABŞ-la etdikləri işlərə ən azı 100% tariflər tətbiq edəcəyik. BRICS-in nə olduğunu bilirsiniz, elə deyilmi? Bilirsiz”, - deyə o qeyd edib.
“Nə danışdığımı başa düşürsüz. Bu, hətta təhdid belə deyil. Əslində mən bunu artıq bəyan etmişəm. Bayden dedi ki, bizə başqa seçim qoymadılar. Mən isə: “Xeyr, biz onlara seçim qoymamışıq” - deyə bildirdim”, - Tramp vurğulayıb.//musavat.com