Tramp 2024-cü ildə ədalətli prezident seçkilərinə ümid edir
11 May 2023 02:36 | Baxış sayı: 642
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərinin ədalətli olacağına ümid etdiyini bildirib.
Bu barədə D.Tramp "CNN" telekanalının efirində "Town Hall" proqramında bildirib.
"Ümid edirəm ki, bu seçkilər ədalətli keçəcək. Bu seçkilər ədalətli keçsə, düşünürəm ki, biz qalib gələcəyik", - deyə D.Tramp bildirib. Respublikaçı bir daha ABŞ-da istifadə edilən poçt vasitəsilə erkən səsvermə praktikasını tənqid edib, həmçinin demokrat Co Baydenin qalib gəldiyi 2020-ci il seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bir daha bəyan edib.
D.Trampdan kampaniyası zamanı 2020-ci il seçkilərində saxtakarlıq iddiası mövzusunu gündəmə gətirməməyə hazır olub-olmadığını soruşublar. "Bəli, bu seçkilərdə saxtakarlıq olmasa. Mən saxtakarlıq görsəm, düşünürəm ki, bu barədə danışmaq məcburiyyətində qalacağam", - deyə respublikaçı bildirib.