SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlToyda qan düşdü: Qadın ərinə boşanacağını dedi, 8 dəfə...
10 May 2023 10:09 | Baxış sayı: 509
Bakının Xətai rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, mayın 9-u Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik” şadlıq evində keçirilən mərasim zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova 1982-ci il təvəllüdlü həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.
APA-nın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, V.Abbasova toyda ərinə ondan boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.