SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlToy etmək istəyənlərin NƏZƏRİNƏ! - Məhərrəm ayı bu tarixdə BİTƏCƏK
20 Avqust 2024 10:39 | Baxış sayı: 388
Azərbaycanda Məhərrəm ayı avqustun 24-də bitəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə lent.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.
Bildirib ki, ondan sonra 10 gün Səfər ayı başlayacaq.
Məlum məsələdir ki, Məhərrəm və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra başlayan Səfər ayı sentyabrın 3-də bitəcək.
Beləliklə, Məhərrəm ayında yas tutub şadlıq etmək istəməyənlər sentyabrın 4-dən sonra toy edə bilərlər.