SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlTorpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb, ölənlər var
28 Mart 2023 04:56 | Baxış sayı: 644
Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 46 nəfər itkin düşüb.
Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Yenilənmiş məlumata görə, 7 nəfərin ölümü təsdiqlənib. "27 nəfər yaralanıb, 46 nəfər itkin düşüb", - idarənin tvitterdəki səhifəsində yayılan hesabatda deyilir.
Ümumilikdə təbii fəlakət zonasında 500 nəfər olub. Beynəlxalq Qırmızı Xaç Komitəsi 163 evin dağıldığını və ya zərər gördüyünü bildirib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.