Toplum TV-nin təsisçisi SAXLANILDI
08 Mart 2024 09:45 | Baxış sayı: 503
Toplum TV-nin təsisçisi saxlanılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ictimai fəal Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli keçirilən əməliyyat tədbirlərindən sonra davam edən araşdırmalar çərçivəsində saxlanılıb.