20 Aprel 2025
Tokayevin ərazi bütövlüyü ilə bağlı bu sözləri Moskvanı qəzəbləndirdi

Tokayevin ərazi bütövlüyü ilə bağlı bu sözləri Moskvanı qəzəbləndirdi

Tokayevin ərazi bütövlüyü ilə bağlı bu sözləri Moskvanı qəzəbləndirdi

15 Aprel 2025 13:35 | Baxış sayı: 350

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyü ilə bağlı sözlərinə etiraz edib

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat “Kommersant” qəzetində yer alıb.

O, Qazaxıstan liderinin yalnız xalqların öz müqəddəratını təyinetmə hüququ ideyasını rəhbər tutulsa, dünyada çoxlu sayda regional münaqişələrin başlayacağı ilə bağlı bəyanatını şərh edib. Rusiya XİN rəhbəri qeyd edib ki, Tokayev müstəsna olaraq dövlətlərin ərazi bütövlüyü hüququnu nəzərə alır.

Lavrov qeyd edib ki, Qazaxıstan prezidentinin bu çıxışını xatırlayır və onunla razı deyil. Onun sözlərinə görə, Rusiya tərəfi daha sonra öz mövqeyini “qazaxıstanlı dostlarına” izah edib.

"Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona təkrar etdim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, o zaman onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər", - nazir detalları bölüşüb.