SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəl“TikTok”da “xanımlara iş tapan” tutuldu – 57 qurban var
21 Yanvar 2025 12:40 | Baxış sayı: 453
İşə düzəltmə adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxsi polis saxlayıb.
AJMEDİA.İNFO DİN-ə istinadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.