20 Aprel 2025
“TikTok” istifadəçiləri daha çox pul qazana biləcək – Şirkətdən yeniliklə bağlı AÇIQLAMA

“TikTok” istifadəçiləri daha çox pul qazana biləcək – Şirkətdən yeniliklə bağlı AÇIQLAMA

“TikTok” istifadəçiləri daha çox pul qazana biləcək – Şirkətdən yeniliklə bağlı AÇIQLAMA

21 Fevral 2023 09:19 | Baxış sayı: 535

“TikTok” məzmun istehsalçılarına pul qazanmağa imkan verəcək yeni proqramı təqdim edib.

AJMEDİA.İNFO-nun Trend-ə istinadla məlumatına görə, hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok”un verdiyi açıqlamada bu proqramın “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlandırıldığı bildirilib. Hazırda proqram ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir.

Proqramın köməyi ilə məzmun istehsalçıları bir dəqiqədən uzun videolar hazırlamaqla pul qazana biləcəklər. Proqramdan yararlanmaq istəyən məzmun istehsalçılarının normaldan daha uzun videolar paylaşması tələb olunacaq.