20 Aprel 2025
Təyyarə qəzası baş verib, 4 nəfər həlak olub

Təyyarə qəzası baş verib, 4 nəfər həlak olub

Təyyarə qəzası baş verib, 4 nəfər həlak olub

24 Aprel 2023 07:10 | Baxış sayı: 661

Çilinin Moça adasında kiçik təyyarənin okeana düşməsi nəticəsində 4 nəfər həlak olub.

Bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb. Məlumata görə, dörd sərnişin və bir pilotun olduğu təyyarə əlverişli hava şəraitində havaya qalxdıqdan sonra adadan 150 metr aralıda suya düşüb.

Qeyd olunub ki, sağ qalan sərnişin üzərək sahilə gəlib və onu sahildəki insanlar görüblər. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.