20 Aprel 2025
Təyyarə biletləri 2 dəfəyə yaxın bahalanıb

Təyyarə biletləri 2 dəfəyə yaxın bahalanıb

Təyyarə biletləri 2 dəfəyə yaxın bahalanıb

26 Noyabr 2024 14:10 | Baxış sayı: 370

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda hava nəqliyyatından (təyyarə) 3 milyon 369,6 min sərnişin istifadə edib.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təyyarədən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% artıb.

Qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda təyyarə biletlərinin kəskin bahalaşdığı göstərilir. Əgər bu ilin yanvar ayında MDB ölkələrinə təyyarə biletinin orta satış qiyməti 520 manat olubsa, artıq oktyabr ayında bu rəqəm 970-ə çatıb. Digər ölkələrə isə təyyarə biletinin orta satış qiyməti son 10 ayda 567 manatdan 707 manata yüksəlib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son 10 ay ərzində MDB ölkələrinə təyyarə biletinin orta satış qiyməti 86,5%, digər ölkələrə isə təyyarə biletinin orta satış qiyməti 25% bahalanıb.