20 Aprel 2025
Terrorçular İsrailə soxulublar - İsrail hərbiçiləri döyüşə girir

Terrorçular İsrailə soxulublar - İsrail hərbiçiləri döyüşə girir

Terrorçular İsrailə soxulublar - İsrail hərbiçiləri döyüşə girir

07 Oktyabr 2023 07:23 | Baxış sayı: 1354

Hərbçilər sərhədyanı rayonların sakinlərini evlərini tərk etməməyə çağırıb.
AJMEDİA.İNFO xəbər verir ki, bir qrup terrorçu Qəzza zolağı ilə sərhədə yaxın İsrail ərazisinə soxulub. Yaraqlıların Aşkelon ərazisinə dəniz yolu ilə daxil olması barədə də məlumat yayılıb.

"Bir qrup terrorçunun Qəzzaya bitişik bölgədə İsrail ərazisinə sızması ehtimalı barədə məlumatlar var. Həmçinin qruplardan birinin Aşkelon bölgəsində - dəniz vasitəsilə İsrail ərazisinə soxulmaq cəhdi barədə də təsdiqlənməmiş məlumatlar var". hesabatda deyilir.

İsrailin sərhəd qəsəbəsində terrorçularla silahlı mülki şəxslər və polis arasında atışma baş verib. Hadisə yerinə hərbi qüvvələrin əsgərləri gəlib.