20 Aprel 2025
Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncu yerdədir – Tam siyahı

Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncu yerdədir – Tam siyahı

Tələbələrin sayına görə Azərbaycan MDB-də sonuncu yerdədir – Tam siyahı

18 Oktyabr 2023 07:33 | Baxış sayı: 763

Hər 10 min nəfərə düşən tələbə sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb.
AJMEDİA.İNFO
açıqlanan sonuncu rəsmi göstəricilərə istinadən bildirir ki, Azərbaycan hər 10 min nəfərə düşən tələbə sayı 211 olub.
Bu, MDB ölkələri arasında ən aşağı göstərəci hesab edilir.
Azərbaycan ali təhsil müəssisələrinin sayına görə də MDB-də sonuncu sıralarda yer alır.
Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Ali təhsil müəssisələrinin sayı yalnız Belarus, Moldova və Tacikistanda Azərbaycanla müqayisədə daha az olub.
MDB ölkələrində ali təhsil müəssisələri və tələbələrin sayı aşağıdakı kimi olub:

ÖlkələrAli təhsil müəssisələrinin sayıTələbələrin sayıHər 10 min nəfərə düşən tələbə
Qırğızıstan 60 230 000 355
Qazaxıstan125576 000303
Rusiya7414 044 000278
Belarus50255 000276
Ermənistan5979 000265
Ukrayna3861 047 000254
Tacikistan41240 000244
Özbəkistan154808 000229
Moldova2460 000229
Azərbaycan51212 000211

Yeniavaz.com