20 Aprel 2025
Təl-Əvivə PUA ilə hücum edildi

Təl-Əvivə PUA ilə hücum edildi

Təl-Əvivə PUA ilə hücum edildi

15 Yanvar 2025 17:26 | Baxış sayı: 740

Yəməndəki husi üsyançıları Təl-Əvivin Yaffa rayonuna və Eylat şəhərinə PUA hücumu edib.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Seri açıqlama verib. O husilərin “Əl-Məsirə” telekanalına açıqlamasında bildirib ki, çoxlu sayda silahlı pilotsuz uçuş aparatı ilə iki uğurlu hərbi əməliyyat həyata keçirilib. Seri, əməliyyatlarda Təl-Əviv yaxınlığındakı Yafa bölgəsini və cənubdakı Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını bildirib. Seri hər iki əməliyyatın məqsədlərinə çatdığını bildirib.


Qeyd edək ki, İsrailin Qəzzaya irimiqyaslı hücumlarından sonra husilər HƏMAS-a dəstək məqsədi ilə İsrailə raket və PUA-larla hücumlar həyata keçirib. Ardınca İsrail, ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə hüsilərin mövqelərini bombalayıb.