20 Aprel 2025
Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib

Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib

Təl-Əvivdə terrorçu 7 nəfərə xəsarət yetirib

04 İyul 2023 15:57 | Baxış sayı: 527

İsrailin Təl-Əviv şəhərində törədilən terror aktı nəticəsində 7 nəfər xəsarət alıb, onlardan 5-i xəstəxanaya aparılıb.

Bu barədə İsrail polisinin nümayəndəsi məlumat verib.

Məlumata görə, terrorçu idarə etdiyi avtomobili Təl-Əvivdə ticarət mərkəzinin yaxınlığında dayanan insanların üzərinə sürüb, daha sonra maşından düşərək bir neçə nəfərə kəsici alətlə xəsarət yetirib.

Terrorçunun zərərsizləşdirildiyi bildirilir.