20 Aprel 2025
Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Tehranda sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

23 İyun 2023 14:06 | Baxış sayı: 486

İranın paytaxtı Tehranda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 45 yaşlı kişi və təxminən 35 yaşında qadın ölüb.

Məlumata görə, hadisə iyunun 23-də səhər saatlarında Tehran-Qum avtomobil yolunda baş verib. Yaralılar Tehrandakı xəstəxanaya yerləşdirilib.