20 Aprel 2025
Tehran 3 məhbusa görə 6 milyard dollar aldı

Tehran 3 məhbusa görə 6 milyard dollar aldı

Tehran 3 məhbusa görə 6 milyard dollar aldı

11 Avqust 2023 06:50 | Baxış sayı: 620

İranda ABŞ vətəndaşı olan 3 məhkumun həbsdən azad edildiyi təsdiqlənib.

ISNA xəbər verir ki, bu barədə vəkil Höccət Kermanidər danışıb.

O, Siyamək Namazi, Murad Təhbaz və Emad Şərqinin Evin həbsxanasından çıxdığını bildirib.

ABŞ-ın nəfinə casusluqda ittiham olunmuş bu şəxslər - Siyamək Namazi 8 il, Murad Təhbaz 6 il, Emad Şərqi isə 4 il həbsdə yatıb.

10 il həbs cəzası almış hər 3 məhbus, “New York Times”ın iddiasına əsasən, İran və ABŞ arasında əldə olunan razılaşmaya əsasən azad olunublar. Bunun müqabiulində Tehran 6 milyard dollar vəsaitini geri ala bilib.