SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTƏCİLİ! Ukrayna İran raketləri ilə vurulacaq - Rusiya və İran gizli transferə başlayıb
08 Sentyabr 2024 10:37 | Baxış sayı: 359
Bu payız və qışda Rusiya Federasiyası İranın Fath-360 raketləri ilə Ukraynanın infrastrukturuna hücum edə bilər.
Bu barədə Müharibə Araşdırmaları İnstitutunun ( ISW) yaydığı xüsusi hesabatda məlumat yayılıb.
Məlumatda iddia olunur ki, İran bu yaxınlarda Rusiyaya 200-dən çox belə raket verib.
Fath-360 qısamənzilli ballistik raketlər sinfinə aiddir. İranda daha güclü və daha uzun mənzilli Fateh-110 raketləri var. Şübhələr var ki, ruslar və iranlılar raket texnologiyalarının transferi məsələsində müşahidəçi "gözləri" aldadaraq, Fateh-110-u Rusiya Federasiyasına daşıyırlar.