İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlTƏCİLİ: Sərnişin təyyarəsi Xəzər dənizi üzərində QƏZA SİQNALI VERDİ
29 Yanvar 2025 19:49 | Baxış sayı: 528
Dubay-Moskva marşrutu ilə hərəkət edən "Boeing 737" sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Siqnalın verilmə səbəbi baqaj bölməsində yanğın sensorunun işə düşməsi olub.
Rəsmi məlumata görə, sərnişinlər və ekipaj üzvləri zərər görməyib.
DP992 reysi ilə Dubaydan Moskvaya uçan "Boeing 737" təyyarəsi Həştərxana uğurla eniş edib.//musavat.com