20 Aprel 2025
TƏCİLİ! İran sərhədimizə qoşun yığmağa BAŞLADI

TƏCİLİ! İran sərhədimizə qoşun yığmağa BAŞLADI

TƏCİLİ! İran sərhədimizə qoşun yığmağa BAŞLADI

08 Yanvar 2025 09:17 | Baxış sayı: 732

İran sərhədi ordunun quru qoşunlarının bir neçə briqadası ilə möhkəmləndirir. Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. İran Ordusunun Baş Qərargah rəisi və koordinator müavini admiral Həbibullah Sayari sərhədə quru qoşunlarının əlavə briqadalarının yerləşdirildiyini açıqlayıb.

“Asayişi qorumaq və sərhədlərə nəzarət etmək üçün ölkənin qərb və şərq sərhədlərində bir neçə ordu briqadası yerləşdiriləcək”. Admiral hava, dəniz və quru sərhədlərinin qorunmasının vacibliyindən danışıb. “Ölkəmiz üçün quru sərhədinin mühafizəsi daha vacibdir”, - deyə admiral qeyd edib. Sayari deyib ki, sərhəd nəzarəti qaçaqmal, narkotik və digər qadağan olunmuş materialların İrana daxil olmasının qarşısını alacaq. Admiral bildirib ki, qoşunlar tərəfindən sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, sərhədə nəzarət və nəzarətə kömək edəcək “ağıllı divarlar” istifadəyə veriləcək. “Sosial və daxili təhlükəsizliyi təmin etmək və gözlənilməz hadisələrin qarşısını almaq üçün sərhədlərimizə nəzarət etməliyik”, - deyə admiral fikrini yekunlaşdırıb.//Musavat.com

Teqlər:
Iran