Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
5 saat əvvəlTƏCİLİ! ABŞ İran və KXDR-lə bağlı QƏRAR VERDİ
30 Noyabr 2023 11:00 | Baxış sayı: 644
ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.
Məlumata görə, yenilənmiş siyahıya İran vətəndaşları və təşkilatlar terrorla əlaqəsi səbəbindən, koreyalılar isə kiber təhlükə ilə bağlı daxil edilib.
Noyabrın 28-də respublikaçı senator Tom Kotton bildirib ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdə İrana qarşı yanlış siyasət aparır. Onun sözlərinə görə, təkcə son bir ay ərzində Tehran regionda 70-ə yaxın Amerika mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.
Bir neçə həftə əvvəl KXDR Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkeni Koreya yarımadasında münaqişəni qızışdırmaqda ittiham edib.