SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlTbilisinin bu açıqlaması ABŞ üçün təhdiddir – Xerbst
22 Dekabr 2024 17:20 | Baxış sayı: 423
Gürcü Arzusu Kremlin bəzi maraqlarını Qafqazda gücləndirir və bu, Amerikaya birbaşa təhdid kəsb edir.
AJMEDIA.INFO xəbər verir ki, bunu “Atlantic Council”in baş elmi əməkdaşı Con Xerbst deyib.
“Gürcüstan bizim etibarlı tərəfdaşımız idi. Lakin indi görürük ki, Gürcü Arzusu təkcə daxili repressiv mexanizmlərdən istifadə etmir, həm də Amerika siyasətini tənqid edir. Gürcü Arzusu Kremllə dostluq münasibətlərinin aparılması üçün addımlar atır. Onlar Kremlin bəzi maraqlarını təşviq edirlər ki, bu da bizim üçün birbaşa təhdiddir. İvanişvili Moskvanın Ukraynadakı müharibəsindən danışanda onun maraqlarına xidmət edir”, – o bildirib.//Globalinfo.az