SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTayvanın keçmiş rəhbəri Çinə səfər edəcək
20 Mart 2023 04:44 | Baxış sayı: 605
Tayvan administrasiyasının keçmiş rəhbəri Ma İnszyu (2008-2016-cı illər) martın 27-dən aprelin 7-dək Çinin bir neçə şəhərinə səfər edəcək.
Bu barədə “The China Times” məlumat yayıb.
Qeyd olunub ki, o, 1949-cu ildən bəri belə bir səfər edən ilk Tayvan administrasiyasının keçmiş rəhbəri olacaq.
Nəşrin məlumatına görə, siyasətçi Nankin, Uhan, Çanşa, Çonqsin və Şanxay şəhərlərinə səfər etməyi planlaşdırır. Valideynləri Çinin mərkəzi Hunan əyalətində yaşayan Ma İnszyu Siantan şəhərində (Hunan əyaləti) əcdadlarının xatirəsini yad etmək ritualını həyata keçirmək niyyətindədir.
Tayvan administrasiyasının keçmiş rəhbəri bir qrup tayvanlı tələbə ilə birlikdə Sinxay İnqilabı (1911-1912) və Yaponiyaya qarşı müqavimət müharibəsi (1931-1945) ilə əlaqəli bir neçə yerə baş çəkəcək.
Bundan əlavə, səfər zamanı tayvanlı tələbələrlə Çin universitetlərinin tələbələri arasında görüş təşkil olunacaq.