20 Aprel 2025
Tayvan ilk yerli sualtı qayığı istismara verəcək

Tayvan ilk yerli sualtı qayığı istismara verəcək

Tayvan ilk yerli sualtı qayığı istismara verəcək

15 May 2023 02:56 | Baxış sayı: 696

Tayvan bu ilin sentyabrında öz istehsalı olan sualtı qayığın prototipini istismara verməyi planlaşdırır.

IDS layihəsi əsasında sualtı qayığın ilkin olaraq 2024-cü ilin mayında istismara verilməsi nəzərdə tutulsa da, bununla bağlı tikinti işləri sürətləndirilib.

Tayvanın CSBC gəmiqayırma korporasiyasının idarə heyətinin sədri Çen Venlun bildirib ki, Tayvan xaricdən lisenziya əsasında döyüş sistemlərinin elementlərini, torpedalar və raketləri, həmçinin dizel mühərrikləri alır. Onun sözlərinə görə, sualtı qayığın gövdəsinin lokalizasiya dərəcəsi 40%-i keçib.

Bu layihə ilə ümumilikdə 8 sualtı qayığının tikintisi nəzərdə tutulur. Onların inşası təxminən 9,73 milyard dollar başa gələcək.