20 Aprel 2025
Tayvan adaya yaxınlaşan Çinin 70 təyyarəsini aşkarlayıb

Tayvan adaya yaxınlaşan Çinin 70 təyyarəsini aşkarlayıb

Tayvan adaya yaxınlaşan Çinin 70 təyyarəsini aşkarlayıb

10 Aprel 2023 17:59 | Baxış sayı: 445

Tayvan bu gün adaya bitişik ərazidə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) 70 təyyarəsi və 11 gəmisini qeydə alıb.

Bu barədə adanın müdafiə qurumu özünün tviter səhifəsində bildirib.

“Bu gün saat 06:00-a (Bakı vaxtı ilə 02:00) olan məlumata görə, Tayvan ərazisində ÇXAO-nun 70 təyyarə və 11 gəmisi aşkar edilib”, - məlumatda deyilib.

Qurumun məlumatına görə, 35 uçuş aparatı Tayvan boğazının median xətti adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasının cənub-qərb və cənub-şərq sektorlarında peyda olublar. Onların arasında “Su-30”, “J-11”, “J-16”, “J-10”, “J-15” qırıcıları, “Y-9” radioelektron mübarizə təyyarəsi, “Y-8” radiolokasiya kəşfiyyatı təyyarəsi, “CH-4” kəşfiyyat və zərbə dronu, həmçinin “KJ-500” uzaq radiolokasiya aşkarlama və idarə təyyarəsi olub. Tayvan ordusu patrul təyyarələrini qaldıraraq, eyni zamanda radio xəbərdarlıqları göndərərək və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.