SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTaxıl sazişinin müddəti avtomatik olaraq uzadıla bilər
14 Mart 2023 09:34 | Baxış sayı: 269
Taxıl sazişi xüsusi uzadılma mexanizmlərini nəzərdə tutmur və tərəflərdən hər hansı biri onun əleyhinə çıxmasa, saziş martın 18-dən sonra avtomatik olaraq uzadılacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, tərəflərdən heç biri etiraz etməsə, taxıl sazişi hazırda olduğu kimi, heç bir dəyişiklik və əlavələr olmadan davam edəcək. Hazırda tərəflərdən heç biri sazişdən çıxmaq niyyətində olduğunu bəyan etməyib.
Qeyd edək ki, 2022-ci il iyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT-nin iştirakı ilə imzalanmış taxıl sazişi dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün Kiyevin nəzarətində olan Qara dəniz limanlarından daşımaları nəzərdə tutur.