SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTarkana ağır itki - FOTO
16 Aprel 2025 17:39 | Baxış sayı: 359
Türkiyənin popstarı Tarkanın anası Neşe Tevetoğlu vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, Antalyada yaşayan Neşe Tevetoğlu bir müddətdir müalicə olunduğu xəstəxanada ürək tutmasından dünyasını dəyişib. Neşe Tevetoğlu sabah İstanbulda son mənzilə yola salınacaq.
Avropa turniri çərçivəsində Almaniyada olan Tarkan xəbəri eşidən kimi tələsik İstanbula qayıdıb.
Qeyd edək ki, ötən il damar tıxanması səbəbilə xəstəxanada təcili əməliyyat olunan Neşe Tevetoğlunun səhhətinin yaxşılaşdığı bildirilmişdi. O, son zamanlar ayağındakı sağlamlıq problemləri ilə bağlı müalicə alırdı.