20 Aprel 2025
Tanınmışlara fermasından məhsullar satan Əməkdar artist KİMDİR? - FOTO

Tanınmışlara fermasından məhsullar satan Əməkdar artist KİMDİR? - FOTO

Tanınmışlara fermasından məhsullar satan Əməkdar artist KİMDİR? - FOTO

03 May 2023 06:19 | Baxış sayı: 586

Əməkdar artist Sevinc Sarıyevanın qoyun-keçi və toyuq-cücədən ibarət ferması olduğu üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Günün sədası" verilişində məlumat yayılıb.

Sənətçi bildirib ki, onun fermasından əldə edilən qida məhsullarını həmkarı Əməkdar artist İlkin Əhmədov alır:

"Süddən hazırlanan yağı ən çox İlkin Əhmədov alır. Ayda dörd banka ərinmiş yağ alır məndən. Südün yağına "çiyə" deyirlər, o da bizdə var. Çox dadlı bir süd məhsuludur".


S.Sarıyeva fermasından başqa bir neçə həftə əvvəl açdığı gözəllik salonundan da söz açıb. Xanəndə bildirib ki, tezliklə heyvanlar üçün də baxım salonu açacaq:

"Yeni gözəllik salonu açmışam. Tezliklə həmin gözəllik salonunun yanında heyvanlar (it, pişik - red.) üçün nəzərdə tutulan baxım salonu açacağam. İndi bu kimi heyvan salonlarına ölkəmizdə təlabat var".