SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlTanınmış şair AYB və YAP-dan İSTEFA VERDİ
06 Dekabr 2024 13:15 | Baxış sayı: 216
Tanınmış şair Şəhriyar del Gerani Azərbaycan Yazıçılar Birliyindən (AYB) və üzv olduğu Yeni Azərbaycan Partiyasından (YAP) istefa verdiyini bildirib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şair sosial şəbəkədə paylaşım edib.
Məlumatı "YAP-dan istefa və ya Bioqrafiya şeiri" adı ilə paylaşan Şəhriyar del Gerani yaşayışından şikayətlənib.
O, 19 ildir Bakıda kirayələrdə qaldığını və bu səbəbdən istefa verdiyini açıqlayıb.
"Kirayədə yaşayıram 19 ildir. Küçədə yaşamıram şükür, amma evim də yoxdur. Bu şeirlə çıxıram - Azərbaycan Yazıçılar Birliyindən! - dən. Çıxıram Yeni Azərbaycan Partiyası üzvlüyündən!".