SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTanınmış müğənnini geyiminə görə efirə buraxmadılar - FOTO
02 İyul 2024 12:22 | Baxış sayı: 381
Müğənni Səidə Dadaşovanı geyiminə görə efirə buraxmayıblar.
AJMEDİA.İNFO xəbər verir ki, bu haqda sənətçi "Xəbərin var?" verilişində deyib.
O bildirib ki, getdiyi proqramda onu geyiminə və aksessuarlarına görə tənqid ediblər:
"Paltarım, aksessuarıma görə efirə buraxmadılar. Dedilər ki, "demodesən", efirə yaraşmayan geyimdəsən. Açıq-saçıq geyinsəm daha da gözəl görünərmişəm. Mən sənət öyrənmişəm. Çıxanları da, çıxmayanları da görmüşəm. Bunu aparıcı heç vaxt demir. Bunu kamera arxasındakı, özünə stilist deyən biri. Çıxmadım efirə, qoymadılar. Heç özüm də istəmədim. Aksessuarı çıxartdım, şəkil də çəkdilər. Gəlirəm ki, mikrofonu götürüm, deyirlər, dayanın, stilistin icazəsi yoxdur".