SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlTanınmış meyxanaçı XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - VİDEO
28 Noyabr 2023 08:54 | Baxış sayı: 540
Meyxanaçı Xəyyam Əhmədli insult keçirib.
AJMEDİA.İNFO xəbər verir ki, "Elgizlə izlə" verilişinin çəkiliş heyəti meyxanaçının yerləşdirildiyi xəstəxanada olub.
Xəyyam bildirib ki, birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:
"Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Artıq 24 gündür. Həkimlər sağolsunlar, kömək etdilər".
Proqram zamanı aparıcı Elgiz Əkbər meyxanaçının insult keçirdiyini bildirib.