İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
14 dəqiqə əvvəlTanınmış jurnalist vəzifəsindən GETDİ - FOTO
23 Sentyabr 2024 12:56 | Baxış sayı: 395
Tanınmış idman jurnalisti və Azərbaycan Ağırlıq Qaldırma Federasiyasının mətbuat katibi Kənan Məstəliyev vəzifəsindən ayrılıb.
AJMEDİA.İNFO xəbər verir ki, o, bu barədə şəxsi "Facebook" sosial şəbəkə hesabından paylaşım edib.
"Bu illər ərzində mənə dəstək olan hər kəsə, xüsusilə də jurnalist həmkarlarıma təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız, var olun! Federasiyamızın rəhbərliyinə mənə ən yaxşı iş şəraiti yaratdığına, həmişə yüksək hörmətlə yanaşdığına görə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Həqiqətən çox sağ olsunlar. Mənə rəhbərdən çox dost, qardaş münasibəti nümayiş etdirdilər. Burada olub-olmamağım heç nəyi dəyişmir: hər zaman birlikdəyik! Ehtiyac olduğu zaman gücüm yetən bütün dəstəyi verməyə hazır olacağam. Ölkə ağırlıqqaldırması etibarlı əllərdədir və bundan sonra yalnız inkişaf və uğura doğru yolu var", - K.Məstəliyev bildirib.