SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlTanınmış jurnalist reanimasiyaya yerləşdirildi: "Vəziyyəti..." - FOTO
12 Yanvar 2024 08:39 | Baxış sayı: 610
“Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti kritik ağırdır”.
Bu barədə AJMEDİA.İNFO-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib:
“Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir”.
Qeyd edək ki, Səbuhi Məmmədli xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində hemodializ müalicəsi alır.