SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlTanınmış aktyor təcili xəstəxanaya yerləşdirildi - FOTO
14 Yanvar 2025 14:12 | Baxış sayı: 388
Tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
AJMEDİA.İNFO bildirir ki, Yenicag.az-a açıqlama verən aktyor 5 gündür ki, xəstəxanada müalicə olunduğunu bildirib:
“Səhhətimdə ciddi problemlər var idi. Neçə illərdir xəstəliklər ilə mübarizə aparıram. Yeni ildən sonra səhhətimdəki problemlər daha da kəskinləşdi. Məcbur olub xəstəxanaya yerləşməli oldum. Bütün gün dava-dərmanlar, sistemlər olunur. Böyrəyim, ürəyimdə ciddi problemlər var. Xəstəxanada da qala bilmirəm, ürəyim partlayır, amma məcburam. Hələ bir neçə gün də burada qalmalıyam”.