23 Aprel 2025
Tanınmış aktrisa vəfat etdi - FOTO

Tanınmış aktrisa vəfat etdi - FOTO

Tanınmış aktrisa vəfat etdi - FOTO

23 Aprel 2025 11:09 | Baxış sayı: 195

Məşhur aktrisa Leyla Okay 62 yaşında dünyasını dəyişib.


AJMEDİA.İNFO xəbər verir ki, o, "Ferhunde Hanımlar", "Bizim Evin Halleri", "Derin Sular", "Teşkilat" kimi çoxsaylı sevilən seriallarda canlandırdığı obrazlarla tamaşaçıların qəlbində iz qoyub.


Onun dəfn mərasiminin sabah günorta namazından sonra İzmirin Karşıyaka qəbiristanlığında keçiriləcəyi bildirilib.


Qeyd edək ki, 2013-cü ildə Ankarada Kuğulu parkında baş verən etiraz aksiyası zamanı gözyaşardıcı qaz bombası ilə başından zədələnən aktrisa beyin qanaması keçirmişdi. O zaman vəziyyəti ilə bağlı narahatlıqlar səslənsə də, Leyla Okay qısa müddətdə sağlamlığına qovuşaraq sənət həyatına davam etmişdi.