Tanınmış aktrisa vəfat etdi - FOTO
18 Mart 2025 15:15 | Baxış sayı: 801
Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva vəfat edib.
AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının üzvü, professor N.Qazıyeva 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, N.Qazıyeva uzun illər pedaqoq kimi fəaliyyət göstərib, bir neçə film və tamaşada aktrisa kimi yer alıb.
O, mərhum rejissor, "Şöhrət" ordenli Arif Qazıyevin həyat yoldaşı idi.