20 Aprel 2025
Taksilərlə bağlı VACİB AÇIQLAMA – Oktyabrın 1-dən...

Taksilərlə bağlı VACİB AÇIQLAMA – Oktyabrın 1-dən...

Taksilərlə bağlı VACİB AÇIQLAMA – Oktyabrın 1-dən...

07 Sentyabr 2023 11:07 | Baxış sayı: 697

“Taksi sahəsində nizam-intizama, yeni qanunlara ehtiyac var idi və bu səbəbdən yeni qaydalar qəbul edildi. Hesab edirəm ki, yeni mövsümdən qanunlar sayəsində taksi xidmətində keyfiyyət yüksələcək və taksi vətəndaşlar üçün daha təhlükəsiz olacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Ekspert əlavə edib ki, taksilərin qiymətinin ucuzlaşıb və ya bahalaşması tələb-təklif əsasında formalaşacaq:

“Düşünmürəm ki, yeni qanundan sonra qiymətlər kəskin yüksəlsin və ya əksi olsun. Qiymətlər stabil və vətəndaş üçün əlçatan olacaq.

Oktyabrın 1-dən yeni qaydalara riayət edə bilməyən, qanunvericiliyin tələblərini pozan həm hüquqi və fiziki şəxslər bu sahədə çalışa bilməyəcəklər.

Taksi sahəsi sahibkarlıq və biznes fəaliyyətidir və rüsumunu ödəyərək taksi fəaliyyəti ilə məşğul olanlar qazanc əldə edəcəklər”.