Yerevandan Bakıya çarter reysi gəlib
2 saat əvvəlTaksi sürücüsünü döyən "AA" seriyalı maşının sahibi BƏLLİ OLDU
04 Noyabr 2024 16:32 | Baxış sayı: 249
Nizami küçəsində yolu bağlayıb taksi sürücüsünü döyən 77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və avtomobili idarəetmə hüququ olan şəxsin kimliyi bəlli olub.
AJMEDİA.İNFO ajans.az-a istinadən xəbər verir ki, avtomobili idarəetmə hüququ olan Abşeron sakini 1991-ci il təvəllüdlü Namiq Fərhad oğlu Mütəllimov "Mastel Holding" MMC nin sex rəisi vəzifəsində çalışır.
77-AA-019 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi isə "SSMOVİE" MMC-dir
Qeyd edək ki, "SSMOVİE" MMC-yə ötən il gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddiası ilə irəli sürülüb.
Taksi sürücüsünü kimin döydüyü barədə hələlik dəqiq açıqlama yoxdur.