20 Aprel 2025
Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - FOTOLAR

Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - FOTOLAR

Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - FOTOLAR

07 Noyabr 2023 06:43 | Baxış sayı: 620

Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.

AJMEDİA.İNFO xəbər verir ki, qəzaya uğrayan “Nissan Navara” markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı imiş. Şahbaz İsayev müharibəsən sonra Şuşanın, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Qeyd edək ki, hadisə gecə saatlarında işçilər ərazidən qayıdarkən baş verib.

Avtomobilin aşdıqdan sonra yanması nəticəsində Ş.İsayevlə yanaşı iş yoldaşları Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində ölüb. Sürücü Elvin Abbasov isə ağır xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(Qafqazinfo)



Şuşadakı qəzada ölən Şahbaz müharibə iştirakçısı imiş - FOTO