SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlŞuşada DƏHŞƏTLİ HADİSƏ: 5 nəfər faciəvi şəkildə ÖLDÜ
06 Noyabr 2023 07:00 | Baxış sayı: 528
Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil alovlanıb və maşınd aolan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır. O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.