20 Aprel 2025
Sürücülərin NƏZƏRİNƏ!: Bu prospektdə dəyişiklik edildi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ!: Bu prospektdə dəyişiklik edildi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ!: Bu prospektdə dəyişiklik edildi - VİDEO

30 Mart 2023 07:19 | Baxış sayı: 615

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən AJMEDİA.İNFO-ya (BNA) bildirilib ki, görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib.

Rəsmi məlumata görə, nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.

Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2,5 km qısalıb. Babək prospektindəki mövcud geridönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb.