SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSürücülərin DİQQƏTİNƏ!: Bu qaydanı pozanlar 300 manat CƏRİMƏLƏNƏCƏK
20 İyul 2023 09:08 | Baxış sayı: 549
Xəbər verdiyimiz kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliklə cərimələr 60 manatdan 80 manata artırılıb.
AJMEDİA.İNFO-nun məlumatına görə, nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a deyib ki, dəyişikliyə əsasən, yolda müəyyən edilən hərəkət sürətini 4160 km/saat həddində aşmağa görə 200 manat, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq.
Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə 150 manat, standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat məbləğində cərimə ediləcəklər. İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərdə nəzərdə tutulan maddələrdən biri də sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarəetməyə görə məsuliyyətin dəqiqləşdirilməsidir:
“İlk dəfə olaraq narkotik vasitələr və alkoqollu içkilərin təsiri ilə sərxoş vəziyyətdə avtomobil idarəetməyə görə fərq qoyulur. İndiyə kimi hər iki hala görə məsuliyyət eyni idi. Dəyişikliyə görə, narkotikin təsiri altında avtomobil idarə edənlərin sürücülük hüququ 6 ayadək məhdudlaşdırılacaq, cərimələr də daha yüksək olacaq”.
Ə.Hüseynov hesab edir ki, kobud qayda pozuntularına görə cərimələrin artırılması sürücülərin məsuliyyətini artırmaq üçün kifayət deyil:
"Cərimələr 50 faiz artırılıb deyə kobud qayda pozuntularının da 50 faiz azalacağını gözləmək olmaz. İntizamsızlığa meyilli sürücülər bir daha diqqətli olacaq, çalışacaqlar ki, qayda pozuntusuna yol verməsinlər. Amma bu, bütün sürücülər üçün keçərli deyil. Ona görə də, cərimələri artırmazdan əvvəl sürücü hazırlığındakı boşluqlar aradan qaldırılmalıdır: Sürücülər ilk növbədə təhlükəni, qadağanın niyə tətbiq edildiyini anlamalıdırlar. Bir çox sürücülər cərimələrin səbəbini bilmir. Bu baxımdan maarifləndirmə işi təkmilləşdirilməlidir".