19 Aprel 2025
Sürücülərin DİQQƏTİNƏ! - Bu prospektdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ! - Bu prospektdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ! - Bu prospektdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

26 İyul 2023 11:00 | Baxış sayı: 529

Heydər Əliyev prospektinin 17.4-cü kilometrlik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur.

AJMEDİA.İNFO-ya bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.